Qatarımız "sürətli" olduğu kimi həm də "ucuz"dur
Bakıdan Gəncəyə sürət qatarı 4 saat 30 dəqiqəyə gedəcək. Məsafə 350 km-dir, orta sürət saatda təqribən 75 km olacaq və buna da sürət qatarı deyirlər. Birinci klasda səfər haqqı 100 manatdır. Tutalım, 4 nəfərdən ibarət ailə 1-ci klasla Gəncəyə getmək istəyir - deməli 400 manat ödəməli olacaq ki, 350 km yolu 4,5 saata getsin. Hə, bu ancaq 1 istiqamətədir, Bakıya dönəndə yenə 400 manat verməli olacaqlar. Deməli, 4 nəfərlik ailə Gəncəyə gedib dönmək üçün 800 manat pul xərcləyəcək, yəni 470 dollar. Gürcüstandan Berlinə gediş-dönüş təyyarə bileti 86 manatdır, 4 nəfərlik ailə üçün 344 manat. Dörd nəfərlik ailənin maşınla Gürcüstana getmə xərci yanacaq və yolda yeməklə birgə, ortalama 150 manatdır. Yəni vizası olan 4 nəfərlik ailə maşınla Gürcüstana gedib, oradan da Berlinə uçsa cəmi 494 manat xərcləyəcək. Amma 350 km yolu 4 saat 30 dəqiqəyə qatarla Gəncəyə gedib-dönməyə 800 manat ödəməlidir.
(Mənbə: İnter.news)
Paralel.az