Eyni gündə 5 tenderə qalib olan şirkətin rəhbəri İntiqam Ramazanov kimdir?
“İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti təkcə Sabunçu rayon icra hakimiyyətinin, Sabunçu rayonu Kommunal Təsərrüfatı İdarəsinin keçirdiyi müxtəlif formatlı 5 tenderin qalibi elan edilib.
Eyni gündə 5 müxtəlif təyinatlı tenderə qalib olan şirkətin rəhbəri İNTİQAM RAMAZANOV ADİL OĞLUdur.
Şirkətin hüquqi ünvanı isə AZ1002, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, TOFİQ ABBASOV, ev 13, m. 34-dür.
Ən maraqlısı isə bilirsinizmi nədir? Bu ünvanda Dilarə Bədəlova adlı xanım qeydiyyatdadır. Onun isə belə bir şirkətin varlığından xəbəri belə yoxdur.
Digər diqqət çəkən məqam ondan ibarətdir ki, şirkət ən müxətəlif işləri görməklə yanaşı, elə fəaliyyətləri də icra edib ki, bunun üçün xüsusi uyğunluq sertifikatı tələb olunur. Amma “İNPEKS.N” MMC-nin belə sertifikata malik olması ilə bağlı hər hansı məlumat yoxdur.
Belə ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saytında verilən uyğunluq sertifikatlarının Dövlət Reyestrində verilən şirkətlər arasında “İNPEKS.N” MMC-nin adı yoxdur.
Xatırladaq ki “İNPEKS.N” MMC mətbuatda milyon manatlıq şübhəli tenderlərin qaranlıq qalibi kimi tanınır.Maraqlısı olan odur ki , “İNPEKS.N” MMC arxasında duran iri ranqlı məmur kimdir?
Bu sualların cavabı növbəti araşdırma yazımızda…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Paralel.az