İcra Hakimiyyəti binaların artırılmasına “qanunsuz” icazə verir – FOTO
Yevlaxda çox mənzilli binalarda qanunsuz artırmaların edilməsi demək olar ki, ənənə halını alıb.
Bu respublikanın müxtəlif rayonlarında, xüsusən sovet dövründə tikilmiş binalarda bu hallara rast gəlmək olur. Bu hallar daha çox aşağı mərtəbələrdə qeydə alınır.
Biz bunu “Yaşayış sahəsinin qanunsuz artırılması” kimi qəbul etsək, hamımız yaxşı bilirik ki, qanunsuz heç nə yoxdur, sadəcə icra edici şəxslərin göz yumması var. Bu artırmalar həyətlərə, binların giriş-çıxışlarına sirayət etsə də, kimsə bu günə qarşı həmin tikililərin qarşısını ala bilməyib.
Bəs bu “qanunsuz” artırmalar necə tikilib?
Qeyd edək ki, belə artırmalar şəhərin bütün binalarında müşahidə edilir. Qanunsuz olaraq daşı-daş üstünə qoymaq mümkün olmadığı üçün bu artırmalar da icra hakimiyyətinin “xüsusi” razılığı ilə inşa edilir. Bu artırmalara çox zaman sənəd verilmir, bu səbəbdən həmin artırmalar “qanunsuz“adlanır. Belə qanunsuz artırmalar şəhərin estetik görünüşünə zərər versə də, təəssüf ki, uzun illər bunun qarşısı alınmayıb.
Məsələn, şəhərin Səməd Vurğun küçəsində binalarda belə qanunsuz artırmalar kifayət qədərdir. Ümumiyyətlə, şəhərin bütün 2 mərtəbəli binalarda qanunsuz artırmalar var. Və buna görə, bəlkə də həmin artırmalar, vətəndaşlara yüksək məbləğə başa gəlib.
Məsələ ilə bağlı Yevlax şəhər İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən KanalS.az-ın sorğusuna cavab olaraq bildirildi ki, binaların artırılması üçün xüsusi icazəni Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Xalid Əhmədov verə bilər. Dəqiqləşdirib məlumat verəcəyik.
Xalid Əhmədov qanuzsuz əməlləri ilə bağlı redaksiyamıza çox saylı müraciətlər daxil olmasına baxmayaraq, onun bağlı heç bir tədbir görülməyib.
Xatırladaq ki, Xalid Əhmədovun adı DTX tərəfindən saxlanılan və həbs edilən sabiq icra başçısı Qoca Səmədovun cinayət işində adı hallanırdı.
Qeyd edək ki, çox mərtəbəli binaların əksəriyyətinin “qanunsuz” artırılması Anar Tağıyev icra başçısı təyin olunduqdan sonra baş verib.
Həmin fotoları sizlərə təqdim edirik: