“İdeal-V” tikinti şirkətinin direktoru və təsisçisi barəsində daha bir cinayət işi başlanıb

“İdeal-V” tikinti şirkətinin direktoru və təsisçisi barəsində daha bir cinayət işi başlanıb
 

“İdeal-V” tikinti şirkətinin həbsdə olan direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi faktiki rəhbəri İsa Məmmədov barəsində daha bir cinayət işi başlanıb.

Paralel.az xəbər verir ki, hər iki şəxs dələduzluqda ittiham olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ittiham verilib. İş üzrə dörd nəfər zərərçəkən şəxs tanınıb.

Çingiz Məmmədov və İsa Məmmədov barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, adıçəkilən şəxslər əvvəllər də mənzil dələduzluqda ittiham ediliblər.

Belə ki, onların bir mənzili bir neçə nəfər satıblar. 3,2 milyon manat dələduzluqda təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədov 10 il, İ.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

0.018862009048462