Cahangir Əsgərovun yerinə kim gələcək?
Xəbər veridyimiz kimi, bu gün saat 10:00-da Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq.
İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.
"Paralel.az"ın əldə etdiyi məlumata görə, qruma rəhbər olaraq kənd təsərrüfatı naziri İnam Kərimovun namizədliyi irəli sürüləcək.
Məlumata görə, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərov yenidən bu posta sahib olmaq üçün namizəd olmayacaq.