Orqan transplantasiyası ilə bağlı etika komissiyası təsdiq olunacaq
Orqan transplantasiyası ilə bağlı etika komissiyasının əmr layihəsi hazırlanıb və tezliklə təsdiq olunması nəzərdə tutulur.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, orqan donorluğu və transplantasiya üzrə etika komissiyası formalaşdırılarkən qanunçuluq prinsipi əsas götürüləcək və tərkibinə psixoloq, hüquqşünas daxil ediləcəkdir.
"Həkim-transplantoloqun, transplantasiyanın təşkilində hər hansı bir formada iştirak edən şəxslərin isə komissiyanın tərkibinə daxil edilməsinə yol verilməyəcək", - deyə məlumatda bildirilir.
Paralel.az