Xocalı qətliamı - ermənilərin vizit kartı

  Ümummilli lider Heydər Əliyev: 
“Xocalı faciəsi qəlbimizi həmişə sızladacaq.”

Xocalı qətliamı - ermənilərin vizit kartı  Ümummilli lider Heydər Əliyev: “Xocalı faciəsi qəlbimizi həmişə sızladacaq.”
 

Bəşəriyyət çoxsaylı müharibələrə şahid olub, bu gün də şahidlik edir, amma ermənilərin Azərbaycana qarşı ərazi iddiasından dolayı baş verən müharibə tarixdə anoloqu olmayan müharibədir.

44 günlük Vətən Müharibəsində işğaldan azad olunmuş ərazilərdəki durumun ürək sızladan mənzərəsi də sübut edir ki, ermənilər sadəcə Azərbaycan torpaqlarını qəsb etməyi hədəfləməyib, onların məqsədi xalqımızı soyqrıma məruz qoymaqla onun tarixi torpaqlarındakı izini yer üzündən silməkdir. 30 il əvvəl Qarabağın kəndləri Malıbəyli, Qaradağlı, Qarabağa aid olmayan Qazağın Bağanis Ayrım kəndində, o cümlədən Xocalıda ermənilərin törətdiyi vandalizmə məhz bu rakursdan yanaşmaq lazımdır. Açıq görünür ki, hədəf bir millət kimi bizim mövcudluğumuza son qoymaqdır. Ümumiyyətlə bu qaraçı tayfası olan haylar özlərindən başqa bütün digər millətlərə nifrət bəsləyir və imkanları olsa onları da məhv edib sıradan çıxararlar.

30 il öncə fevralın 25-dən 26-a keçən o qarlı şaxtalı gecədə 366-cı rus alayının hərbi gücündən və ağır texnikasından yararlanaraq 7 min insanın yaşadığı Xocalıya hücum edən ermənilərin törətdiyi vəhşilik tarixdə bənzəri olmayan soyqrımdır. O müdhiş gecənin statistikası bugün də qan dondurur: 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 103 uşaq isə validenlərindən birini itirmiş, 487 dinc sakin ölümcül güllə yarası almış, 1275 nəfər əsir götürülmüş ki, onların 150-nin taleyi bugün də məlum deyil.

Ulu Öndər Heydər Əliyev Xocslı faciəsindən danışarkən demişdi:” Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeydə alınıb, bir çox yerlərdə soyqrımı da baş veribdir. Erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilən soyqırım bunların ən dəhşətlisidir... Xocalı hadisələri bir daha onu göstərir ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi zəbt etmət yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşüblər. Bu Xocalı hadisələrində bir daha özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü sancıldı. Bu yara hələ sağalmayıb, qəlbimizdə həmişə qalacaqdır.” Təəssüf ki, uzun illər beynəlxalq aləm Xocalı faciəsini görməzdən gəlir, dolayısıyla erməni vandalizminə göz yumurdular. Lakin 5 il əvvəl Azərbaycan prezidentinin faciənin dünyada tanıdılması yönündə verdiyi tapşırığa uyğun olaraq vitse-prezident Mehriban xanım Əliyeva və H. Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “XOCALIYA ƏDALƏT” kampaniyası dünyada müsbət rezonans doğurdu. Artıq əksər islam ölkələri, ABŞ-ın bir neçə ştatı Xocalı faciəsini soyqrım kimi tanıyaraq erməni vəhşiliyini pisləyən bəyatlar veriblər və hər il bu hadisənin ildönümünü qeyd edirlər. İllər öncə Ümummilli Lider H. Əliyev uzaqgörənliklə deyirdi: “ Xocalı faciəsi erməni millətçilərinin iki yüz ildən çox bir müddətdə xalqımıza qarşı apardığı soyqrım siyasətinin qanlı səhifəsidir. Amma heç kim unutmasın ki, nahaq qan yerdə qalmır. Xocalı müsibətinin də beynəlxalq aləmdə öz qiymətini alacağı, günahkarların gec-tez öz layiqli cəzalarını alacağı labüddür, qaçılmazdır.”

Bu sıradan bir çağırış deyildi, həm də Ulu Öndərin davamçısına bir ata vəsiyyəti idi.
O gün 27 sentyabr 2020-ci ildə gəldi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rərbərliyi altında şanlı ordumuz 44 gün ərzində düşmənin qürurlandığı istehkamları darmadağın edərək işğal altındakı torpaqlarımızı murdar düşməndən təmizlədi. Bu müharibənin gedişində vaxtilə Xocalıda vəhşilik törətmiş qatil erməni zabitlərinin çoxu məhv edildi. Qisas qiyamətə qalmadı və şəhid xocalıların qisası böyük ölçüdə alındı. 

Xocalı faciəsinin beynəlxalq arenada təbliği və tanıdılması istiqamətində Azərbaycan ədliyyə orqanlarının rəhbər şəxsləri, o cümlədən nazir Fikrət Məmmədov da aktiv fəaliyyət göstərir, iştirak etdikləri tədbirlərdə, görüşlərdə Ermənistanın Xocalıda və digər bölgələrdə törətdikləri vandalizmi konkret faktlarla diqqətə çatdırırlar.

Allahdan Xocalı faciəsində öldürülmüş soydaşlarımıza, onların qisasın almaq yolunda şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik!

Yaşasın şanlı Azərbaycan Ordusu və onun Ali Baş Komandanı İlham Əliyev!

Malik Mahmudov

Beyləqan rayon Qeydiyyat İdarəsinin rəisi

Paralel.az

0.091832160949707