Mətbuat Rusiyanın Ukraynaya hücumu üçün yeni tarixdən bəhs edir

Mətbuat Rusiyanın Ukraynaya hücumu üçün yeni tarixdən bəhs edir
 




Paralel.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsi fevralın 20-də baş tutacaq: “İddialara görə, Rusiya hücuma keçmək üçün Münhen Təhlükəsizlik Konfransının bitməsini gözləyir.
Rusiyanın Ukraynaya müdaxiləsi üçün yeni tarix fevralın 20-dir. Politico qəzetinin məlumatına görə, diqqəti hücumun real planlarından yayındırmaq üçün əvvəlki tarix - fevralın 16-sı elan edilib.
20 fevralın əlamətdar olmasının başqa səbəbi də var. ABŞ-ın vitse-prezidenti Kamala Harris, dövlət katibi Entoni Blinken və Ukrayna prezidenti Vladimir Zelenskinin şəxsən iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransı bu gün başa çatır”.
Nigar

0.015781879425049