Erməni ombudsmanından ermənisayaq  iddia: “Azərbaycan Silahlı Qüvvələri Qarabağda sosial problemlər yaradır”

Erməni ombudsmanından ermənisayaq  iddia: “Azərbaycan Silahlı Qüvvələri Qarabağda sosial problemlər yaradır”
 




Paralel.az xəbər verir ki, Ermənistan ombudsmanı  Arman Tatoyan özünün Facebook səhifəsində erməni xislətindən dolayı iddialar edib: “Taxavard və Karmir Şuka kəndləri demək olar ki, hər gün atəşə tutulur, nəticədə sakinlərin evlərinə ziyan dəyib.
Azərbaycan əsgərləri evlərin bilavasitə yaxınlığında, bir neçə yüz metr məsafədə yerləşir, insanlar daim onların gözləri altındadır. Azərbaycan hərbçiləri mütəmadi olaraq kənd sakinlərinin kənd təsərrüfatı işləri ilə məşğul olmasına mane olur, onları qorxudur, atəş açır, yerli əhali üçün çox ciddi sosial problemlər yaradır.
Bütün bunlar sistemlidir və geniş planları var. Erməni yaşayış məntəqələri yaxınlığında yerləşən Azərbaycan Silahlı Qüvvələri ümidsizlik mühiti yaratmaq üçün hər şeyi edir”.
Nigar

0.017189025878906