AP-nin fransalı üzvü Türkiyəni ittiham edib

AP-nin fransalı üzvü Türkiyəni ittiham edib
 

Paralel.az xəbər verir ki, Avropa Parlamentinin fransalı üzvü Natalie Loiseau tərəfindən hazırlanan “Avropa Birliyinin Ortaq Təhlükəsizlik və Müdafiə Siyasəti” başlıqlı hesabatda Türkiyənin “sabitlik mənbəyi” olduğu iddia edilib: “Fransada Avropa İşləri Naziri olmuş Loiseaunun hesabatında Türkiyənin “çox vaxt AB və qonşuları üçün narahatlıq doğuran bir çox sahədə sabitliyi pozan rol oynadığı, bununla da regional sülh, təhlükəsizlik və sabitliyi təhdid etdiyi” iddia edilib. Hesabatda Yunanıstan və Kipr Rum Administrasiyasının tezislərini dəstəkləyən bəyanatlar da yer alıb. Türkiyənin Yunanıstana və Aralıq dənizindəki Rum Administrasiyasına aid fəaliyyətləri qeyri-qanuni olaraq təyin edilib və pislənib.

Alman parlamentari David McAllisterin AB-nin Ortaq Xarici və Təhlükəsizlik Siyasəti ilə bağlı yazdığı hesabatda Türkiyənin AB-yə üzvlük perspektivinin real olmadığı iddia edilib. MakAllister Aİ Komissiyasından Türkiyədəki tendensiya tərsinə dönməyəcəyi təqdirdə üzvlük danışıqlarının dayandırılmasını təklif etməyi xahiş edib”.

Nigar

Paralel.az

0.014809846878052