İran rəsmisi: “Onların ciddi qərarlar verməsinin vaxtı çatıb”
Paralel.az xəbər verir ki, JCPOA-nın bərpası üzrə iranlı müzakirəçi Əli Baqiri Kani öz Twitter səhifəsində yazıb: “Həftələrlə davam edən gərgin danışıqlardan sonra biz razılığa həmişəkindən daha yaxınıq; lakin hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır.
Bizim danışıqlar aparan tərəfdaşlarımız realist olmalı, barışmazlıqdan qaçmalı və son dörd ilin dərslərini nəzərə almalıdırlar. Onların ciddi qərarlar verməsinin vaxtı çatıb”.
Öz növbəsində Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın 2015-ci il razılaşmasını xilas etmək üçün İranla dolayısı danışıqların “son mərhələsində” olduğunu söyləyib: “Bu, həqiqətən də, JCPOA-ya uyğunluğa qarşılıqlı qayıdışın olub-olmadığını müəyyən edə biləcəyimiz çox vacib bir dövrdür”.
Nigar
Paralel.az