Rusiya-Ukrayna gərginliyində son hadisələr

 

 

Rusiya-Ukrayna gərginliyində son hadisələr  
 

Paralel.az xəbər verir ki, türk mətbuatı Ukraynanın Donbas bölgəsindəki vəziyyətdən yazıb: “Separatçılar hökumət qüvvələrinin son 24 saat ərzində 4 dəfə atəş açdığını iddia ediblər. Ukrayna ittihamları rədd edib. Üsyançılarla hökumət qüvvələri arasında mümkün qarşıdurma onun Qərb ölkələri ilə Rusiya arasında böhranı gücləndirə biləcəyi ilə bağlı narahatlıqlar yaradır.

Ukraynanın Donbas bölgəsində Rusiya tərəfindən dəstəklənən separatçılar hökumət qüvvələrini son 24 saat ərzində 4 dəfə atəş açmaqda ittiham edərək, hücumlarda ölən və ya yaralananların olub-olmadığını müəyyənləşdirməyə çalışdıqlarını bildiriblər.

Bu iddiadan sonra Ukraynadan açıqlama gəlib. Bəyanatda separatçıların mövqelərinə hücum iddiaları rədd edilib. Ukrayna ordusu da ittihamları rədd edərək, əsl üsyançıların Ukrayna ordusuna atəş açdığını bildirib.

İddia edilən hücumun miqyası barədə məlumat yoxdur. Ukraynada və ölkənin şərqində münaqişələrin monitorinqi ilə məşğul olan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) hələlik heç bir açıqlama verilməyib.

Ancaq Rusiyanın Ukrayna sərhəddində 100 mindən çox əsgər topladığı və gərginliyin artdığı bir vaxtda baş verən bu hadisə diqqətlə izlənilir.

Reuters agentliyinin məlumatına görə, Rusiyanın dəstəklədiyi üsyançılarla hökumət qüvvələri arasında toqquşmalar Qərb ölkələri ilə Rusiya arasında böhranı daha da artıra bilər. Rusiya Qərb ölkələrindən xahiş etmişdi ki, NATO Ukraynanı üzv kimi qəbul etməyəcək.

Qərb ölkələri Ukraynaya hücum olacağı təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələsə də, Rusiya hər hansı hücum planlaşdırdığını inkar edib”.

Nigar

Paralel.az

0.015949010848999