Deputat Elnur Allahverdiyev və bahalı saatları
Daha bir millət vəkili bahalı saatları ilə gündəmə gəlib.
Paralel.az xəbər verir ki , millət vəkili Elnur Allahverdiyev də həmkarı kimi saat kolleksiyası ilə diqqət çəkib. Hətta deputatın kolleksiyasında “Jaquet Droz” ,”Patek Philippe” və “Rolex” kimi qiymətli saatları mövcuddur.
Qeyd edək ki, Yaponiya brendi olan “Jaquet Droz” saatının qiyməti 20 min dollarlar 100 min dollar civarında dəyişir. Sözügedən saat 18 əyar qızıladan hazırlanıb.
“Patek Philippe” markasının Grand Complications modelinin qiyməti 100 min və 4 milyon dollar arasında dəyişir.
Deputatın sözügedən markalara məxsus saatlarını təqdim edir fotoları təqdim edirik:
Xatırladaq ki, mətbuatda gedən məlumata görə, Elnur Allahverdiyev biznes fəaliyyəti ilə məşğuldur, “Kontakt Home” mağazalar şəbəkəsinin sahiblərindən biridir.
Onu da bildirək ki, E.Allahverdiyevin onlayn görüş zamanı masaının üzərində istifadə etdiyi “MakBook”un qiyməti “Kontakt Home” mağazalar şəbəkəsində 4858 Azn-ə satılır.