Qarşıdan soyuq qış yaxınlaşdığını düşünəndə...
Dərin-kələ-kötür çalalar 10 dəqiqə yağış yağan kimi çirkab suları ilə dolduğundan yol keçilməz olur. Qarşıdan soyuq qış yaxınlaşdığını düşünəndə Hökməlinin lap acınacaqlı durumunu təsəvvür etmək heç də çətin deyil…
Hələ evlərin yerləşdiyi küçələrə qalaqlanan zibildən bəhs edək… Burada küçə boyu aşıb-daşan zibilin yaratdığı üfunətdən bezən insanlar çox pis vəziyyətdədir. “Hər tərəf natəmizliyin içindədir, antisanitariya şəratində yaşayırıq. Qapı-pəncərəni aça bilmirik, açan kimi üfunət mənzillərimizə dolur”, kimi gileylərini dilə gətirir.
“Təhsil millətin gələcəyidir” deyib atalarımız.
Amma gördüyünüz bu zibilliyin əlindən valideyinlər uşaqlarını məktəbə apara bilmir.Yiyəsiz küçə itləri uşaqlara hücum edir.
Hökməli sakinləri onu da bildirir ki, Abşeron Rayon icra hakimiyyətinə, “Sukanal” Departamentinə, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə, Gigiyena və Epidemologiya Mərkəzinə rəsmi məktub göndəriblər.Ancaq görünən odur ki, məktublar çatdığı ünvanda heç oxunmayıb…
Bir sözlə, dünyada ən pis xəstəliklər hamısı Abşeron rayonu Hökməli qəsəbəsindədir.
Dövlət bu cür məktəb inşaa etdirib, Abşeron məmurları baxımsız qoyduqları, küçə və yolları, zibillik dolu məktəbin yolu, imkan vermir ki, Hökməli sakinləri öz övladlarını məktəbə yola salsınlar.
Sual yaranır? Bəs Ekalogiya və Təbii Sərvətlər Nazirliyi hara baxır? Niyə yerli məmurlara qarşı, anti-santarlığa görə cərimələr tətbiq etmir?
Deməli, aydın olur ki, Ekalogiya nazirliyinin nümayəndələri və Hökməli qəsəbə icra nümayəndəsi, Bələdiyyə sədri bir-biri ilə yaxşı anlaşıblar.
Mövzuya qayıdacağıq…
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.