Bazar ertəsindən etibarən Ukrayna üzərindən uçuşlar dayandırılacaq

Bazar ertəsindən etibarən Ukrayna üzərindən uçuşlar dayandırılacaq
 

 

Paralel.az xəbər verir ki, bunu ukraynalı deputat Aleksey Qonçarenko deyib.

“Çox güman ki, sabahdan etibarən, saat 16:00-dan (Bakı vaxtı ilə 16:00) Ukrayna üzərindən uçuşlar dayandırılacaq. Böyük Britaniyanın ən böyük sığorta şirkətlərindən biri artıq sabahdan Ukraynanın hava məkanında olan mülki təyyarələrin sığortasına xitam veriləcəyi barədə bildiriş göndərib. İcarəyə götürülmüş təyyarələrin sahibləri artıq öz təyyarələrinin Ukrayna hava məkanına uçmasını qadağan edir. Hazırda KLM uçuşlarını dayandırıb, “Sky Up” Kişinyova enib. Bu gün “Air France”dan da qadağa gələcək”, - Qonçarenko bildirib.

0.090009927749634