İdris Abbasov yazır...

İdris Abbasov yazır...
 
Ramiz Mehdiyev "Amerikanın səsi"nə deyib: "Bu gün məni ləkələməyə çalışan şəxslərin əksəriyyətinin bu səviyyəyə gəlib çıxmasında mənim əməyim, zəhmətim, dəstəyim olub... Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam"
Akademik etiraf edir ki, iftiraçıları özü yetişdirib, yəni gərək onlara əmək sərf edib yetişdirməyəydi. Hardan biləydi ki, günlərin bir günü bu yetişdirmələri öyrəndikləri fəndləri onun özünə tətbiq edəcəklər. Ona görə də, özü yıxılan ağlamaz, cənab akademik! Səbirli olun, gözünə döndüyüm zaman hər şeyi həll edəcək, canınız birdəfəlik qurtaracaq. Amma bir az dayanın... Bu hələ harasıdır? Əminəm ki, çəkdiyiniz əmək, zəhmət, verdiyiniz dəstək boşa getməyəcək. O "nankor"lar mübhəm və müqrif tərbiyənizi alaraq neçə-neçə günahsız insanları şikəst edib ailələri başsız qoyublarsa, görün, sizi nə günə qoyacaqlar?! Eybi yox, bir az da səbr edin, hər şey yaxşı olacaq!
Paralel.az
0.014614105224609