Putinin Türkiyəyə səfəri bu tarixdə ola bilər

Putinin Türkiyəyə səfəri bu tarixdə ola bilər
 

Türkiyə Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfərinin fevralda, ehtimal ki, ayın 14-də baş tutacağını gözləyir.

Bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadla bildirib.

Daha əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin hələlik dəqiq tarixinin məlum olmadığını, lakin gələcəkdə belə bir səfərin gözlənildiyini demişdi.

“Tarix yaxın günlərdə açıqlanacaq, ola bilsin ki, fevralın 14-ü olacaq”, — deyə mənbədən bildirilib.

Paralel.az

0.013720035552979