Kafedə yanğın baş verib

Kafedə yanğın baş verib
 

Mingəçevir şəhərində kafe kimi fəaliyyət göstərən tikilidə yanğın baş verib.

Paralel.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Mingəçevir şəhərində ümumi sahəsi 200 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 150 m² sahədə, içərisində 10 ədəd soyuducu və 3 ədəd kondisioner yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Paralel.az
0.020956039428711