Sevgilisi tərəfindən öldürülən dörd uşaq anası barədə açıqlama 

Sevgilisi tərəfindən öldürülən dörd uşaq anası barədə açıqlama 
 

İsmayıllı Rayon Polis Şöbəsinə fevralın 11-də saat 09:00 radələrində Basqal qəsəbəsi ərazisində yerləşən tam orta məktəbin həyətində orada xadimə işləyən qəsəbə sakini Gülarə Qəhrəmanovanın öldürülməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə həmin məktəbin gözətçisi Bəxtiyar Əhmədlinin münaqişə zəminində G.Qəhrəmanovanı bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə B.Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisəni törədən 25 yaşlı şəxslə dörd uşaq anasını olan Gülarə Qəhrəmanova arasında sevgi münasibətləri olub. 

İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

Paralel.az

0.018212080001831