Bayram günü Şuşaya getmək istəyənlər tələsməlidir

Bayram günü Şuşaya getmək istəyənlər tələsməlidir
 

Paralel.az xəbər verir ki, Bakı-Şuşa-Bakı və Bakı-Ağdam-Bakı reyslərinin mart ayı üçün biletləri satışa çıxarılıb.

Bu haqda bu gün yolumuzqarabaga.az saytında xəbər yerləşdirilib.

Bakıdan Şuşaya bayram günləri 25 mart tarixi istinad olmaqla hər gün reyslər təşkil olunacaq. Bakı-Ağdam-Bakı reysinin isə yalnız şənbə günü – 26 mart tarixində olacağı qeyd olunub.

Biletlərin bu gün satışa çıxarılmağına baxmayaraq, tez bir zamanda böyük hissəsi alınıb.

Akif Nəsirli

0.12935400009155