Bakı ŞİH-ti "Qəbirsanlıq biznesini" kimə veriib?! - Sensasiya

Bakı ŞİH-ti
 

Cavanşir Tağıyevin qəbir biznesi kürəkəninə verildi..
Yolçəkən Aqibətin oğlu Bakı ŞİH-də hansı vəzifədə işləyir ?  

Hamının yaxşı yadında olar, uzun illər  Bakı Şəhər İcra Hakimiyyəti Mənzil -Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin  (ƏVXT) müdiri işləyən Cavanşir Tağıyev var idi.
Bu adam sadə bir məmur deyildi.Tabeçiliyində onlarla qəbristanlıq, hər qəbristanlıqda qəbirdaşı sexləri, ustalar, qəqibristanlığın BAXICI-ları, nə bilim mürdəşir-filan..

Hələ bu harasıdı. Cavanşirin mərmər sexləri, başdaşı, sinədaşının qiymətləri də ..
Yuxarıda BAXICI sözünü elə belə işlətmədim. Bəli, hər qəbristanlığın  rəsmi BAXICI-sı var, trestdən maaş alır, nəzarət edir və s. Bu yaxınlarda adını demək istəməyən şəxs bildirdi ki, kimlərsə  gəlib dayısının başdaşını aşırıb gediblər. Yəni bu qarət məqsədilə deyil, yoxsa bahalı mərməri aparardılar.

Deməli qəbristanlıqda hər cürə hallar baş verir. Bəzən bahalı mərmərlər oğurlanır və mərmər sexlərinə satılır və s. Bir sözlə rüsvayçılıq davam edir. Bəli, Cavanşir Tağıyev uzun müddət  əmrsiz-sərəncamsız “qəbristanlıq  naziri“ olub. Qəbir yerləri satmaqla milyonlar qazanıb. 
Bu adamı vəzifədən gedəndə yerinə kimi qoysalar yaxşıdır. Bəli, bu vəzifəyə Cavanşir Tağıyevin öz kürəkənini, yəni qızının ərini təyin etdirib. 

Bir Bakı ŞİH başçısı Əziz Əzizovdan soruşan yoxdur ki,  Azərbatcan kimi "şəffaf və aşkarlıq" şəraitində fəaliyyət göstərən dövlətdə vəzifələr niyə, nəyin hesabına varisliklə atadan oğula, qaynatadan kürəkənə, babadan nəvəyə ötürülür?! 
Sözün düzü, kürəkənin əvvəllər hansı vəzifədə çalışdığı barədə araşdıma aparırıq.
Ancaq öyrəndiyimiz odur ki, təzə müdirin atası Aqibət  əvvəllər YOL KƏSƏN olub. Bəli,yol kəsən.
Bu adam uzun müddət  Azərbaycanda yol çəkməklə məşğul olsa da, əsas işi  yollara ayrılan pulları kəsib cibinə doldurmaqla məşğul olmaq olub. Və sonda YOL biznesi ilə QƏBİR biznesi birləşib Bakı ŞİH-də SABİR adlı iri bir məmur peyda olub.

Bu məmurun dağıdıcılıq əməlləri barədə ayrıca bir yazını yaxınlarda oxucularlmıza təqdim edəcəyik, bizi izləyin

Paralel.az

0.012014150619507