Dəyərlərin tacı

Dəyərlərin tacı
 



Yaşar Nəzərov:

  Səmimiyyət, sevgi və məhəbbət dəyərlərin tacıdır. İnsanları bir-birinə yaxınlaşdıran ən gözəl vasitə də məhz səmimiyyət, sevgi və məhəbbətdir. Dostluq və səmimiyyət iki şəxsin bir-birinə olan meyl və əlaqəsi nəticəsində meydana gəlir. Dostluq əlaqələrinin daim möhkəm qalıb tənəzzülə uğramaması üçün, insan özündə müşahidə etdiyi biganəlikləri bir kənara qoyub başqalarının ondan gözlədikləri səmimiyyətə müsbət cavab verməlidir. Ən gözəl dostluq isə şəxsi mənafedən uzaq, insanın məhəbbətə ehtiyac duyan ruhuna sevgi və məhəbbət bəxş edən dostluğudur. Dostluq əlaqələri yaratmaq istəyən hər bir şəxs bir an da olsun süstlük göstərərək, səmimiyyətinin zəifləməsinə yol verməməlidir. Dostluq etdiyi şəxs hər hansı bir çətinliklə üzləşdikdə onu tək qoymamalı, əlindən gələn köməkliyi göstərərək ümidsizliyə qapılmasına yol verməməlidir. İnsan başqalarlndan yalnız o zaman qayğı, sevğı və məhəbbəti gözləyə bilər ki, özü də ona məhəbbət və səmimiyyət ilə yanaşmış olsun. Dahi şəxsiyyətlərdən biri deyir: "Yaşadığımız dünya birini çağırdığımız zaman səsimizi özümüzə qaytaran dağlıq yerə bənzəyir".
  Qəlbi sevgi və məhəbbətlə dolu olan şəxs başqalarından sevgi və qayğıdan başqa bir şey görməyir. Maddi həyat qarşılıqlı rəftar və davranışlar üzərində qurulmuşdur. Lakin mənəvi həyatın da belə bir bünövrə üzərində qurulduğunu etiraf etmək istəmirik. Başqalarına etimad etmədiyimiz halda onlardan necə etimad etmələrini və özümüz dostluğda möhkəm olmadığımız halda necə başqalarından bizə sevgi və qayğı ilə yanaşmalarını gözləməliyik?!
  Əgər münasibətlər hər iki tərəfdən qeyri-səmimi halda olarsa, əlaqə və istək üzündən bərqərar olunmazsa nəticəsiz qalaraq, yalnız acı təəssüratlar verəcəkdir. Maddi mənafeyə rəğmən səmimi dostlara qeyri-insani olur və onlardan sui-istifadə olunmağa can atılır. Belə olduqda səmimiyyət məhv olub aradan gedir, sevgi və məhəbbət sayəsində əldə olunan bir çox mənəvi dəyərlər zəifləyir və oz yerini daimi əzab və sarsıntılara verməli olur.
  P. S. Bu düşüncələrimlə heç kimə nəsə bir dərs vermək fikrində deyiləm. Bunları məndən yaxşı bilənlər var. Bu fikirlərimi istər virtualda, istərsədə gerçəkdən müşahidə edə bilərsiniz. Virtuallıqda da münasibətlər bariz görünür. Bunu diqqətdə saxlayın.
Paralel.az

 
 
 
0.012947082519531