SOCAR-da vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb

SOCAR-da vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb
 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 2003-cü il tarixli Fərmanında dəyişiklik edib.

Paralel.az” xəbər verir ki, SOCAR-ın Nizamnaməsinin 5.19-cu bəndinə dəyişikliklər olunub.

Belə ki, şirkətin İdarə Heyətinin sayı 14-dən 15-ə qaldırılıb. Eyni zamanda şirkətdə birinci vitse-prezident vəzifəsini icra edən şəxslərin sayı artırılaraq, 1-dən 2-yə çatdırılıb.

Bununla şirkətin İdarə Heyəti Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 15 üzvdən – Şirkətin prezidentindən, Şirkətin iki birinci vitse-prezidentindən və 12 (on iki) vitse-prezidentdən ibarətdir. 

Bugünkü sərəncamdan sonra şirkətin birinci vitse-prezidentləri Xoşbəxt Yusifzadə və Rövşən Nəcəfdir. Hazırda Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.

0.026028871536255