Paytaxt sakini intihara cəhd etdi

Paytaxt sakini intihara cəhd etdi
 

Bakıda ata özünün və fiziki qüsurlu azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib.

Belə ki, evdə bağlı qapı arxasında sərxoş vəziyyətdə olan Qabil Şıxıyev özünün və azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmaq istəyib. Bu zaman evdəki əşyalar yanmağa başlayıb.

Hadisə yerinə gələn Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları intihara cəhdin qarşısını alıblar. Onlar yanacaq dolu olan şüşə qabı Q.Şıxıyevin əlindən alaraq, özünü və uşaqlarını yandırmasına imkan verməyiblər.
Paralel.az

Akif Nəsirli

0.020124912261963