"Qarabağ Azərbaycandır, dolma da Azərbaycanındır"

 

Gürcüstanın "İmedi" televiziyasından ermənilərə mesaj...

Ermənistan istehsalı olan "matsun" məhsulunun Gürcüstan ərazisindən tranzit keçidinə qadağa qoyulduqdan sonra, "İmedi" televiziyası həmin ağartı məhsulunun qutusu üzərinə erməni dilində "Qarabağ Azərbaycandır, dolma da Azərbaycanındır" yazılmış halda efirə verib.

Paralel.az  xəbər verir ki, bu hadisədən sonra kanal bunun texniki səhv olduğunu bildirərək sujeti efirdən qaldırıb. Belə ki, İmedi televiziyasının 9 fevral, saat 20:00-a olan xəbər buraxılışında olan sujetlərin birində erməni istehsalı olan məhsulun qutusuna gürcü dilində "maconi" yazılıb, üzərinə isə ermənicə "Qarabağ Azərbaycandır, dolma da Azərbaycanındır" yazılıb.

Qeyd edək ki, gürcü və erməni dillərində "maconi" sözü oxşardır və hər iki dildə qatıq mənasına gəlir. Gürcüstan isə bu yaxınlarda "Maconi" sözünü brendləşdirib, buna görə də erməni istehsalı olan "macuni" məhsulunun ölkədən tranzit olaraq Rusiyaya keçirilməsinə qadağa qoyub, bu isə Ermənistan tərəfinin narazılığına səbəb olub.
Akif Nəsirli

0.027793884277344