Astarada motosiklet piyadanı vurub - VİDEO

Astarada motosiklet piyadanı vurub - VİDEO
 

Astarada motosiklet piyadanı vurub.

Paralel.az xəbər verir ki, hadisə şəhər ərazisində, “Gənclər Mərkəzi”nin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan motosiklet rayonun Rüdəkəran kənd sakini, 1998-ci il təvəllüdlü Anar İzzət oğlu Əhədzadəni vurub. Nəticədə piyada ağır xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Əhədzadəyə bud sümüyünün sınığı diaqnozu qoyulub. Zəruri tibbi yardım edildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.022731065750122