Prezident Ərdoğanın topladığı siqaret paketləri sərgiyə çevrildi

Prezident Ərdoğanın topladığı siqaret paketləri sərgiyə çevrildi
 

Paralel.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədaxili və xaricdəki proqramları, səfərləri zamanı siqareti buraxma vədindən istifadə edənlərdən aldığı siqaret paketləri “Həyat vədi” şüarı ilə sərgilənib: “Prezident Ərdoğan qatıldığı görüşlərdə və səfərlərdə bu vərdişdən əl çəkəcəyinə dair verdiyi söz qarşılığında siqaret çəkənlərdən paket almağa başlayıb. Ərdoğanın bu üsulla illər boyu topladığı bağlamalardan 215-i Prezident Kompleksinin Beştəpə Sərgi Salonunda sərgilənir.
Prezident Ərdoğanın liderliyi ilə hazırlanan sərgidə paketlərin sahibləri arasında nazir, millət vəkili, muhtar, jurnalistlər, taksi sürücüləri kimi cəmiyyətin hər təbəqəsindən siqaret çəkənlər var.
Sərgidə Ərdoğanın NATO Dövlət və Hökumət Başçıları Zirvəsi zamanı siqaret kabinəsində siqaret çəkən Bolqarıstanın xarici işlər naziri Daniel Mitov və 2005-ci ildə vəfat edən AK Partiya Ağrı millət vəkili Mehmet Melik Özmendən aldığı siqaret qutuları da var”.
Nigar

0.015300035476685