"Pulyuma maşını" kimə işləyir?

 

Azərbaycan məmurları xalqdan oğurladıqları pulları itə-qurda yem edirlər

 Dünən Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev onun ailəsi, ardınca onun adaşı olan, "AZAL"ın şefi Cahangir Əsgərov ailəsi, bunların ardınca daha kimlər ailəvi olaraq çirkli pulların yuyulmasında beynəlxalq araşdırma layihələrinin məhkəmələrin hədəfinə çevrilmələri barədə məlumatlar yayıldı. Daha sonra ARDNŞ-ın (SOCAR) şefi Rövnəq Abdullayev dövrüyyəyə girdi, iki milyonluq saatın itməsi ilə diqqət çəkən maqnatın oğlu Rəşad Abdullayev atasının varidatını gözə gətirdi. Ardınca Rövnəq Abdullayevin beynəlxalq ortaqları məhkəmələrdə dindirildi s.

İndi isə deputat-biznesmen Cavanşir Feyziyev "bəy tərifində"dir. Ölkədə irili-xırdalı yüzlərlə məmur yüzlərlə heç bir vəzifəsi olmayan şəxslər Azərbaycanda çirkli pulların yuyulmasında iştirak edir. Bütün bunları araşdırmaçı jurnaliştlər ifşa edir, sadə vətəndaş isə  bu pulların məbləğini eşidəndə gözlərini bərəldib sual edir - bunlar bu qədər pulu hardan alıb? Hazırda vətəndaşlar baş verənlərə o qədər biganədirlər ki, yazının başlığında gördükləri rəqəmin təsiri altında təəccübdən yaranan sualın cavabını axtarmaq üçün belə, yazını oxumağa ərinir. Amma, əslində vətəndaş yazını tam oxusa, sualına doğru-düzgün cavabını tapa bilər. Ona məlum olar ki, bu qeyri-qanuni milyonçular onun haqqını oğurlamaqla bu sərvətlərə sahib olublar onu milyonçu edən oğurluq pullar olduğundan özünü rəsmən milyonçu elan edə bilmir.

Ölkədə hansı məmurun son 15 illik fəaliyyətini araşdırırsan, adı "Azərbaycanın pul yuyan maşını" ("Azərbaycan landıromatı") layihəsində mütləq keçir.

Bu yazını oxuyanların bəlkə əksəriyyəti bilir "pul camaşırxanası" ya "pulyuyan maşın" deməkdir. Amma bilməyənlər üçün təkrar aydınlıq gətirək.

Çirkli pulların yuyulması dedikdə, qeyri-qanuni yolla əldə edilən maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi nəzərdə tutulur. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin ya mülkiyyətin leqllaşdırılması"dır.

Belə ki, pul vəsaitləri nəğd puldan qeyri-nəğd (bank) pula əksinə, qeyri-nəğd puldan (bank hesabı) nəğd pula çevrilə bilər. Amma bu mütləq qanuni əsaslarla baş verməlidir, yəni, vəsaitlərin mənbəyi mütləq göstərilməlidir.

Mütəşəkkil Cinayətkarlıq Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project -OCCRP) - 2006- ildə qurulan Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media jurnalistlərin konsorsiumudur. Bu konsorsiumun fəaliyyəti, araşdırmaları onların yüz milyardlarla dollar oğurluq vəsaitlərin üzə çıxarılması ilk baxışdan hamı tərəfindən təqdirəlayiq sayılır alqışlanır. Çoxlarında isə məsələ təəccüb doğurur ki, bu qədər vəsaiti insanlar necə oğurlayır.

Məsələn, Azərbaycanda məmur üçün pul oğurlamaq çox asandır, büdcədən bol vəsait ayrılır, vəsaitin 70 faizi sənədləşdirilərək silinir, 30 faizi ilə isə nəzərdə tutulan layihə keyfiyyətsiz şəkildə həyata keçirilir. Korrupsiya vasitəsi ilə əldə edilən çirkli pulların ofşor banklara ötürülməsi anlaşılandır. Lakin oğurluq pulların Avropa paytaxtlarında fəaliyyət göztərən banklara ayaq açması, bizdə çox ciddi şübhələr doğurur. Məsələn, Avropanın ən etibarlı bankları İsveçdədir. Bu ölkənin banklarında əsaslı deklarasiyası olmayan vəsaitləri depozitə qəbul etmirlər. Lakin Azərbaycanın çirkli pulları bu ölkəni fəth edib.

Londonun təkcə Böyük Britaniyanın deyil, bütün dünyanın paytaxtı olduğu, artıq heç kimə sirr deyil. Hesabla bu şəhərdə qayda-qanun elit səviyyədə olmalıdır. Amma belədirmi? Əlbəttə, bu günlərdə Londonda aşkarlanan 2,9 milyard dollar şübhəli Azərbaycan pulları barədə məlumatlar, artıq öz rəsmi təsdiqini tapıb. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb. İngiltərə Ali Məhkəməsi isə Cavanşir Feyziyevə məxsuş 15,3 milyon fund sterlinq vəsaitin 5,63 milyonunu müsadirə edib, qalanını isə bank hesablarında dondurub. Əcəbə, bu pullar London banklarına yerləşdiriləndə siz bilmirdinizmi ki, bu vəsaitlər "çirkli pul"lardır, oğurluqdur? Əlbəttə, bilirdilər.

Fikrimizcə, dünya dövlətinin paytaxtı olan Londonda bunu mütləq biliblər. Sadəcə olaraq, bu da dünya mafiyasının bir qazanc yoludur. Bu gün dünyanın müxtəlif ölkələrində aşkarlanan oğurluq pulların Azərbaycana qaytarılmasından danışanda bütün avropalı mütəxəssislər daş atıb, başlarını tuturlar ki, bu çox çətin məsələdir. Necə olur, oğurlamaq asan, oğurluq pulları ölkəyə qaytarmaq isə çox çətin olur? Bəli, xatırlayırsınızsa, Mühammar Qəddafinin 65 milyard dollarından Fransa yalnız 4 milyardını Liviyaya qaytardı. Bu da, sadəcə informasiya olaraq beynəlxalq mətbuatda yer aldı. Bəlkə heç o 4 milyard dollar da Liviyaya qaytarılmayıb, sadəcə kimlərinsə sifarişi ilə nüfuzlu bir media orqanı bu xəbəri tirajlayıb ki, beynəlxalq ictimaiyyət sakitləşsin.

Fikrimizcə, Azərbaycan dövlətindən oğurlanan çirkli pulların xaricə axıdılması müxtəlif vasitələrlə stimullaşdırılır. Müxtəlif kanallarla onlara maarifləndirmə yardımları edirlər ki, birinci mərhələdə oğurluq pullar Avropa banklarında toplansın. Özü bu banklar həmin vəsaitləri elə yerləşdirirlər ki, onların oğurluq olduğu sonradan sübut oluna bilsin. Növbəti mərhələdə isə həmin məlumatlar OCCRP kimi layihələrə ötürülür beləliklə "aşkarlanır" ki, bəs Azərbaycandan filankəsin yerləşdirdiyi vəsaitlər oğurluq pullar imiş. Sonra həmin pullar hissə-hissə yerləşdirilən ölkənin xeyrinə müsadirə edilir. Ola bilsin ki, oğruya da müəyyən pay ayrılır, amma çox güman ki, bu 3-5 faizdən çox olmaz. İndi siz təsəvvür edin ki, Cavanşir Feyziyev ya başqaları ölkədən 3 milyard oğurlayıb dünya mafiyasına yedirtməlidir ki, ona həmin vəsaitdən 5-10 milyon pul versinlər.

Nəticə olaraq qeyd edək ki, Azərbaycan məmurlarının xalqı sərvətdən məhrum edərək, xaricə daşıdıqları oğurluq pullar sonda onların özlərinə qalmayacaq. Oğurluq puldur deyə, avropalılar tutub əllərindən alacaq, ardınca isə nağıl danışacaqlar ki, bu pulları Azərbaycana qaytarmaq çətin məsələdir. Yəni avtopalılar guya qaytarılan vəsaitlərin yenidən korrupsiyaya uğramayacağına əmin olmalıdırlar s. Azərbaycan məmurları isə xalqdan oğurladıqları pulların özlərinə qalmayacağını bildikləri halda, aparıb itə-qurda yem edirlər. Bəlkə düşünəsiniz, cənab məmurlar - sərvəti ingilislə, fransızla yox, xalqla böləsiniz..?

 Akif Nəsirli

Paralel.az

0.025238990783691