Stalinin oğlunu tənbeh etdiyi tarix müəlliminə cavabı

Stalinin oğlunu tənbeh etdiyi tarix müəlliminə cavabı
 

Vasilinin tərbiyəsində..."

 Moskvanın Staropimenov küçəsində bir məktəb var – 175 nömrəli tam orta məktəb. Bu məktəb 1930-cu illərdə 25 nömrəli nümunəvi orta məktəb adı ilə fəaliyyət göstərib. Digər məktəblərdən fərqli olaraq bu təhsil ocağında partiya hökumət rəhbərlərinin, nazirlərin, diplomatların, tanınmış mədəniyyət incəsənət xadimlərinin uşaqları təhsil alıblar. O cümlədən, Stalinin kiçik oğlu Vasili qızı Svetlana da bu məktəbin məzunları olublar.

Böyükvalideynlərin nəzarətində diqqətində olan 25 nömrəli məktəbdə işləmək o qədər asan olmayıb. Xüsusilə, 1930-cu illərin repressiyasında, ən adi bir hadisədən sürgün güllələnmə ehtimalı olduğu bir dövrdə məktəbin direktoru müəllimləri bəzən şagirdlərin bir çox hərəkətlərinə göz yummaq məcburiyyətində qalıblar. Stalinin oğlu Vasili isə məktəb kollektivinə əməlli-başlı problem yaradıb.

11 yaşında anasını itirən Vasili Stalin özü söylədiyi kimi kişilərin arasında tərbiyə alıb: “Mən anamı tez itirdim. Atamın isə mənimlə məşğul olmağa vaxtı olmurdu. Mənim tərbiyəmlə mühafizəçilər məşğul olurdular. Qadın nəvazişindən qayğısından tam məhrum olmuşdum. Bu, mənim sonrakı həyatımda da özünü büruzə verdi...”

Belə bir mühitdə Vasili Stalin çox nadinc, şıltaq, sözə baxmayan öz düşüncəsi ilə atasına arxayın olan, atasının qarşısında heç kimin söz deməyə cürəti çatmadığına güvənən bir uşaq kimi böyüyüb. Onun bütün bu cizgiləri oxuduğu məktəbdə özünü büruzə verib.

Məktəb müəllimləri onun hərəkətlərinə göz yumublar, Vasili bir çox hallarda müəllimlərin onu yazı taxtası qarşısına çıxarmasına qulaq asmayıb, bəzən istədiyi vaxt sinif otağını tərk edib. Bu haqda Stalini məlumatlandıran da olmayıb. Əlbəttə, heç kim özünü təhlükəyə atmaq istəməyib, buna cürət etməyib.

Çoxsaylı müəllimlər arasında yalnız bir nəfər Vasilinin şıltaqlığına, intizamsızlığına dözməyərəkxalqlar atasının oğlunu tənbeh etməyə qərar verib.

Məktəbin tarix müəllimi Vladimir Martışin rüb ərzində bir dəfə olsun dərsə cavab verməyən Vasilini danlayaraq tənbeh edib, ona rüblük 2 qiyməti yazıb. Bu qiymət məktəb rəhbərliyi ilə tarix müəllimi arasında böyük qalmaqal yaradıb. Məktəbin direktoru müəllimdən qiyməti düzəltməyi tələb edib. Amma prinsipial Martışin direktorun tələbini yerinə yetirməyib.

Vladimir Martışin bu hadisədən iki gün sonra direktorun əmri ilə işindən azad olunub. Jurnala yazılmış rüblük 2 qiymətini isə direktor öz əli ilə düzəldərək 4 edib.

İşini itirən Martışin bir müddət özünə yeni yeri axtarıb. Ancaq heç bir məktəb onu işə qəbul etməyib. Belə ki, Xalq Maarifi Komissarlığında (təhsil nazirliyi) təhsil ocaqlarına Martışin haqqında lazımi xəbərdarlıq edilib.

İki uşaq atası olan tarix müəllimi ağır bir duruma düşüb. Ailəsini dolandıra bilməyən müəllim son varianta əl atıb. O, İosif Stalinə məktub yazıb. Məktubda real vəziyyəti göstərib.

İki ay ərzində bu məktubdan heç bir cavab gəlməyib. Nəhayət, günlərin birində axşam saatlarından sonra Martışinin evinin qarşısında qara bir maşın görünüb. “NKVDformasında olan bir neçə nəfər müəllimin mənzilinin qapısını döyüblər. Həm Martışin, həm qonşular elə düşünüb ki, bu, sondur, müəllimiLubyankanın zirzəmisinə göndərirlər. Adətən həmin dövrdəqara maşınların görüntüsü yalnızqarahadisələrdən xəbər verib.

Amma hər şey əksinə olub. “Qonaqlar Martışinin problemləri ilə maraqlanıblar, iki otaqlı kasıb mənzilinə nəzər yetiriblər, sonda ona məktub təqdim edərək gediblər.

Məktub Stalindən gəlib. Stalin Martışinə ciddi vicdanlı olduğuna görə öz təşəkkürünü bildirib, qeyd edib ki, Vasilinin bu cür tərbiyəsində özünün günahı az deyil, vaxtının azlığından oğlunun tərbiyəsi ilə məşğul ola bilməyib. Sonda Stalin tarix müəlliminə daha ciddi olmağı tövsiyə edib.

Qeyd edək ki, həmin məktub  1937-ci il tarixi ilə hazırda Rusiya Prezidentinin arxivində saxlanılır.

Stalinin Martışinə göndərdiyi bu məktubdan sonra 25 nömrəli nümunəvi məktəbin direktoru işdən azad olunub. Martışin isə həmin məktəbdə tarix müəllimi kim pedaqoji fəaliyyətini davam etdirib.

 İlham Cəmiloğlu

Paralel.az

0.013792037963867