İşin ən asanı...

İşin ən asanı...
 

Virus əleyhinə peyvənd

 

Bütün dünyanın koronavirusun dəyişən adda olan ştamlarından əziyyət çəkdiyi bir məqamda, insanlar özünüqoruma tədbirlərindən uzaqlaşmağa başlayıb. Özünütəcriddən danışmağına da dəyməz, bu tədbirlər tarixə dönür yavaş-yavaş. Pandemiya davam etdikcə, onun ömrü bu qədər mənfi münasibətə baxmayaraq, uzandıqca, məsuliyyət sağlamlıq tədbirləri azalır.

Bunu hər gün, istənilən məkanda müşahidə etmək olar. Son dövrlər sayı çoxalan ölüm hallarıyla bağlı yaş mərasimlərini müşahidə edəndə, virusun yayılma səbəbləri barədə tam qənaətə gəlmək olur. qədər qadağalar qoyulsa, mümkün tədbirlər barədə danışılsa da, onlara riayət edən yoxdur. Bir neçə nəfəri çıxmaq şərtilə, kütləvi halda baş tutan belə mərasimlərə yığışanlar ən adi özünüqoruma tədbirlərindən istifadə etmirlər. Doğrudur, yası düşən adam hətta maska da alıb paylayır, lakin onu lazımsız bir atribut hesab edərək istifadə etmək istəmirlər. Nəticə göz qabağındadır.

Göz qabağında olan, virusun gündəlik artan statistikasına səbəb olan məsələlərdən biri yoluxduğuna əhəmiyyət verməyərək heç olmamış kimi cəmiyyət içinə çıxmaq, özünün ətrafındakıların sağlamlığına məsuliyyətsiz yanaşmaqdır.

Bu gün idarə təşkilatlarda istənilən virus daşıyıcısı aktiv xəstə tapmaq mümkündür. İaşə, alış-satış obyektlərində asqırıb-öskürən virusun s. simptomları aşkar görünən adamlar hamıyla eyni məkanda hərəkət edirlər.

Bu gün orta məktəblərdə şagirdlərin bəzisi virusa yoluxduğundan evdə qalsa da, əksəriyyət siniflərdədir. Deyilənə görə, hətta müəllim heyətindən koronavirusa yoluxsa da, dərsə davam edənlər var. Bütün bunlar isə həm mövsümi, həm koronavirus xəstələrinin sayının artmasına, virusu ötürməkdən dolayı, kütləvi yoluxmalara səbəb olur.

Yenə deyirik, koronavirus pandemiyası bizimlə bərabər, yanaşı yaşamağa davam edirsə, bu o demək deyil ki, ona daha əhəmiyyət verməmək, onunla dinc-yanaşı yaşamaq lazımdır. Adı virus olan mahiyyətini özündə daşıyır yalnız xəstəlik daşıyıcısıdır. Müvafiq konkret tədbirləri gözə almayınca, onun heç bir köhnəlmə, istifadə tarixinin bitmə vaxtı olmayacaq. Onun bitməsi, birdəfəlik məhv olması da yalnız özünüqoruma tədbirlərindən asılıdır.

Bizdən asılı olanı etsək, sağlam da qalarıq, yaşayarıq da. Bizdən asılı olan da çətin bir məsələ deyil, zatən.

Bu məqamda, peyvənd olunmaq öz yerində, qüvvəsində qalır. Ondan savayı, virus əleyhinə ən mükəmməlpeyvəndən adi, lazımsız hesab edərək gözardı etdiyimiz özünüqoruma tədbirləridir. Yəni işin ən asanı.

Çətin olan virusa tutulmaqdır, sağala bilməməkdir, həyatını itirmək, yəni birdəfəlik itirilməkdir.

İtirilmək istəmiriksə, hamının bildiyi, fəqət hamnın əməl etmədiyi tədbirlərə hamılıqla riayət etməliyik.

Ölmək istəmiriksə...

 Nigar Orucova 

Paralel.az

0.016966104507446