"Tərtər işi" ilə bağlı hərbçilərə işgəncə verən daha 3 nəfər həbs edildi

 

Paralel.az xəbər verir ki, ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum edən və vəzifə səlahiyyətlərini aşması müəyyən olunan Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sosial mediada paylaşılan şahid ifadələrinə görə, "Tərtər işi" üzrə hərbi qulluqçulara işgəncə verənlərin sayı onlarladır. Ümid edirik ki, həmin prosesdə hərbiçilər  işgəncə verən və bu işgəncələri sifariş verən bütün şəxslər həbs ediləcək.
Akif Nəsirli

0.013667821884155