Gürcüstanda Azərbaycan abidələri status alacaq

Gürcüstanda Azərbaycan abidələri status alacaq
 

"Həmrəylik Muzeyi Gürcüstanın azərbaycandilli icmasına aid olan maddi və qeyri-maddi mədəni irs abidələrinin layiqincə tanınması, rəsmi status alması və qorunub saxlanılması istiqamətində yeni layihəyə başlayıb".

Paralel.az xəbər verir ki, bu barədə "Həmrəylik Muzeyi"nin rəhbəri Elnur Əlisoy məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində aparılacaq tədqiqat materialı və tövsiyyələr çap olunaraq aidiyyəti qurumlara təqdim olunacaq:

"Bu məqsədlə layihə çərçivəsində Kvemo Kartli bələdiyyələri ərazilərinə çoxsaylı çöl işləri və ekspedisiyalar təşkil olunacaq, abidələrin fiziki vəziyyəti müşahidə edilərək hesabat hazirlanacaq, bələdiyyələrin muzeyləri və şənliklərində etnik azlıqların mədəniyyətinin təmsil olunması monitorinq olunacaq, qeyri-dominant etnik qrupların mədəniyyətinin qorunması və tanıdılması istiqamətində bələdiyyə büdcələrindən ayrılmış maddi vəsait təhlil ediləcək. Layihə çərçivəsində aparılaraq tədqiqat materialı və tövsiyyələr çap edilərək aidiyyəti qurumlara təqdim olunacaqdır", - deyə E. Əlisoy bildirib.

Qeyd edək ki, sözügedən layihə 10 ay davam edəcək və Avropa Fondu tərəfindən maliyyələşdirilir.
Akif Nəsirli

0.013855934143066