Bütün ermənilərin katolikosu 44 günlük müharibədə İranın mövqeyini yüksək qiymətləndirib

Bütün ermənilərin katolikosu 44 günlük müharibədə İranın mövqeyini yüksək qiymətləndirib
 

Paralel.az xəbər verir ki, bütün ermənilərin katolikosu II Qaregin 44 günlük müharibədə İranın prinsipial mövqeyini və sülhün bərqərar olması səylərini yüksək qiymətləndirib: “İran və Ermənistan arasındakı münasibətlər iki sivilizasiyanın və dinin mehriban qonşuluğunun parlaq təzahürüdür. Sıx mədəni əlaqələr iki ölkə arasında çoxəsrlik əlaqələrin möhkəmlənməsinə töhfə verir. Bu istiqamətin inkişafı regionda sabit sülhün qurulmasının əsasına çevrilməlidir ki, bunun bariz nümunəsi iki sivilizasiyanın və dinlərin mehriban qonşuluğunun parlaq təzahürü kimi ikitərəfli münasibətlərdir. Erməni mədəniyyət abidələrinə xüsusi münasibət və diqqətə görə İrana minnətdarlığımızı bildiririk”.
Nigar

0.035655975341797