Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir

Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir
 

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.

Paralel.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, proses 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlıdır.

Saakaşvili Rustavi həbsxanasından məhkəməyə gətirilib. Onun anası Qiuli Alasaniya da prosesdə iştirak edir.

Eks-Prezidentin tərəfdarları məhkəmənin qarşısına toplaşıblar və Saakaşviliyə dəstək aksiyası keçirməyi planlaşdırırlar.

0.021762847900391