Elon Mask və Ceff Bezos gələn il Bakıya gələcəkmi?

Elon Mask və Ceff Bezos gələn il Bakıya gələcəkmi?
 
Osman Gündüz:
Beynəlxalq Astronavtika Konqresi gələn il Azərbaycanda keçiriləcək
2019-cu ildə Beynəlxalq Astronavtika Federasiyasının ABŞ-da təşkil olunan Konqresində bir neçə ölkənin iddialı olmasına baxmayaraq 2022-ci ildə Konqresin Bakıda keçirilməsinə qərar verilmişdi.
Lakin Covid-19 səbəbindən qurumun 2020-ci ildə keçirilən iclasında Konqresin gündəliyində dəyişiklik edilmiş, Konqresin 2022-ci ildə Parisdə, 2023-cü ildə isə Bakıda keçirilməsinə qərar verilib.
Ötən müddət ərzində Prezident İlham Əliyev Astronavtika Federasiyasının Prezidenti ilə görüşmüş, Konqresin iclaslarında çıxış etmişdir.
Ötən il Azərkosmos-la İAF arasında Konqresin Bakıda keçirilməsi ilə bağlı müqavilə də imzalanıb.
Bu gün Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının 74-cü Konqresinin 2023-cü ildə oktyabrın 2 - 6 -da Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Baş nazir Təşkilat Komitəsinin sədri təyin edilib.
Kosmik sənaye və peyk xidməti sahəsində ən nüfuzlu qurumun hər il keçirdiyi bu tədbir qeyd olunan sahədə ən mötəbər tədbir hesab olunur.
Son illərdəki tədbirlərdə artıq kosmik biznesə də baş vuran Elon Mask və Ceff Bezos da iştirak edib.
Gələn il keçiriləcək konqresə 70-ə yaxın ölkədən 5-6 min nümayəndənin qatılacağı gözlənilir.
Elon Mask, Ceff Bezos və digər bu kimi kosmik biznesin yeni üzvlərinin 2023-cü ildə Bakıda keçiriləcək Astronavtika Konqresinə qatılacağı gözlənilsə də hələlik bu haqda rəsmi açıqlama olmayıb.
Paralel.az
0.028079986572266