Neftçalada nəsli kəsilməkdə olan balıq ovlanıb

Neftçalada nəsli kəsilməkdə olan balıq ovlanıb
 

 

Paralel.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları fevralın 8-də Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində əməliyyat keçirib.

Keçirilən əməliyyat tədbiri nəticəsində polis əməkdaşları tərəfindən kollektorda qanunsuz balıq ovu ilə məşğul olan Salyan rayon sakini Əliyev Elşən Bayram oğlu saxlanılıb.

Reyd zamanı saxlanılan şəxsin nəsli kəsilməkdə olan 95 ədəd ilanbalığı (Minoqa) ovladığı polis əməkdaşları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şahanaz, Paralel.az

0.015884876251221