Asif Nərimanlı yazır...

Asif Nərimanlı yazır...
 
Ermənistan XİN sözçüsünün dedikləri və Azərbaycan XİN-in cavabı göstərdi ki, İrəvan 8 erməninin qarşılığında kütləvi məzarlıqların koordinatlarının verilməsi anlaşmasından imtina edir.
Vaan Unanyan deyir ki, bu məsələdə təktərəfli öhdəlik götürməyiblər, lakin 8 erməninin qarşılığında məzarlıqların koordinatının verilməsi razılaşmasını təkzib etmir. Rəsmi Bakının etiraz açıqlaması da razılaşmanın olduğunu təsdiqləyir.
İrəvan faktiki 8 ermənini aldıqdan sonra öhdəliyindən imtina edir və bununla Bakıda saxlanılan digər ermənilərin qaytarılması şansını da sıradan çıxarır. Hərçənd, məsələ təkcə bununla yekunlaşmır. Çünki görüşdə Bakıdan başqa digər tərəflər istədiyini praktiki olaraq aldı:
- Fransa Avropa İttifaqına sədrlik edən ölkə kimi vasitəçilik missiyasını yerinə yetirdi;
- Ermənistan 8 erməninin qaytarılmasına nail oldu;
İrəvan öhdəliyini yerinə yetirməsə, Bakının cavabının diplomatik etirazla məhdudlaşacağı inandırıcı görünmür. Müharibədən sonrakı təcrübə də bu ehtimalı güclənidirir.
Paralel.az
0.018677949905396