"Pensiya yaşının azaldılması gündəmdə deyil"

 

Paralel.az xəbər verir ki, DSMF pensiya yaşının azaldılması məsələsinə münasibət bildirib:

"Pensiya yaşının azaldılması ilə bağlı məsələ hazırda gündəmdə deyil.  Ölkədə orta ömür uzunluğu 77 yaşın üzərindədir. Hətta, pensiyaçıların yaş həddi də bu yaşın üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır. Bütün dünya təcrübəsində pensiya yaşının, hətta, 65-in üzərində olması, həmin şəxslərin əmək bazarında saxlanması məqsədəuyğun hesab edilir".
Akif Nəsirli

0.025374174118042