"Qarabağ" klubu dünya reytinqində

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2022-ci ilin fevral ayı üçün ən yaxşı 200 klubun yer aldığı siyahını açıqlayıb.

Paralel.az xəbər verir ki, siyahıda Azərbaycandan 1 klub yer alıb. Bu, "Qarabağ"dır. Ağdam təmsilçisi  85,6 xalla 162-ci pillədə qərarlaşıb. Qeyd edək ki, siyahıya Braziliyanın "Atletiko Mineyro" klubu başçılıq edir. Niderland "Ayaks"ı 2-ci, Braziliya "Palmeyras"ı 3-cüdür.

Əlavə edək ki, qurum klubların yeni reytinq siyahısını əvvəlkitək ildə bir dəfə yox, ayda bir dəfə açıqlayacağını elan edib.

0.013556003570557