“Sosial yönümlü” siyasətin yaratdığı üz qarası!

“Sosial yönümlü” siyasətin yaratdığı üz qarası!
 
"Beynəlxalq   Əmək  Təşkilatının  Qlobal Sosial Müdafiəyə dair hesabatında (World Social Protection Report 2020-2022) müxtəlif ölkələrdə bu məsələnin səmərəlilik dərəcəsi müqayisə edilir.    Qurum həssas əhali qrupuna daxil   olan  yaşlı, işsiz və əlillərlə bağlı addımları, eləcə də yeni uşaq doğulan və ailə başçısını itirən ailələrə tətbiq edilən sosial müdafiə tədbirlərini araşdırarkən  müxtəlif  ölkələrdə   müxtəlif   sosial  yanaşmalar  və   fərqliliklər   aşkara  çıxarıb.
Bu   sahədə  Azərbaycanda durum necədir?
Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiəyə dair hesabatında Azərbaycanla bağlı   maraqlı nəticələr var. Məsələn, hökumətin, ən azı, bir sosial müdafiə tədbirindən (səhiyyə xidməti xaric) vətəndaşların cəmi 39 faizi yararlanıb. Region ölkələri ilə müqayisədə Azərbaycanın həmin indikator üzrə ən sonda olduğu üzə çıxır. Eyni göstərici Ermənistanda 54 faiz, Gürcüstanda 97 faiz, Türkiyədə 80 faiz, Qazaxıstanda isə 100 faizdir.
Ən azı, bir sosial müdafiə tədbirindən (səhiyyə xidməti xaric) yararlanma göstəricisini müxtəlif əhali qrupları üzrə nəzərdən keçirdikdə daha aydın mənzərə yaranır. Məsələn, hesabata görə, Azərbaycandakı uşaqların cəmi 16.9 faizi sosial müdafiə tədbiriylə əhatə olunub. Halbuki, eyni göstərici Qazaxıstanda 57 faiz, Gürcüstanda 48 faiz, Ermənistanda 30 faizdir. Adı çəkilən istiqamətdə dünya ortalaması 26.4 faizə bərabərdir. Yəni, Azərbaycan sosial müdafiə tədbirləriylə əhatə edilən uşaqların sayına görə dünya ortalamasından da geridə qalıb. Avropa ölkələrinin əksəriyyətində bu göstərici 100 faizdir. Başqa deyimlə, həmin ölkələrdə doğulan uşaqların hamısı hökumətin, ən azı, bir sosial müdafiə tədbirindən faydalanıb.
Uşaqlarla yanaşı, analarla bağlı göstəricilər də ürəkaçan deyil. Qlobal Sosial Müdafiə hesabatına görə, Azərbaycanda yeni övlad dünyaya gətirmiş anaların cəmi 16 faizi hökumətin sosial müdafiə proqramıyla əhatə olunub. Bu göstərici Ermənistanda 62 faiz, Qazaxıstanda 44 faiz, Gürcüstanda 26 faizdir. Həmin göstərici üzrə dünya ortalaması 45 faizə bərabərdir. Başqa deyimlə, dünyada uşaq doğan hər 100 qadından 45-i hökumətin hansısa sosial müdafiə tədbirindən faydalanır. Hər 100 qadından cəmi 16-sının belə şansı olan Azərbaycan bu göstəriciylə regionlar üzrə yalnız Afrikayla (14.9) müqayisə edilə bilər. İrəliləmiş ölkələrin, demək olar, hamısında uşaq dünyaya gətirmiş qadınların sosial müdafiə tədbirləri ilə əhatə dərəcəsi 100 faizdir.
Açıqlanan bilgilərdən aydın olur ki, Azərbaycanda iqtisadi fəal qadınların cəmi 26 faizi əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Bu o deməkdir ki, ölkədə iqtisadi fəal əhali qrupuna aid hər 100 qadından cəmi 26-sı ona pensiya və məzuniyyət hüququ qazandıran sosial haqlara malikdir. Bu, ölkədəki qadınların əmək bazarında məhdud iştirakını və dolayısıyla sosial haqlara çıxışının məhdud olmasını  göstərir.
 
Azadlıq radiosu
 
0.11962485313416