Putin : “Əgər Ukrayna NATO-ya qəbul edilərsə ... " - VİDEO
“Əgər Ukrayna NATO-ya qəbul edilərsə və hərbi yolla Krımı qaytarmağa cəhd edərsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunacaqlar”.
“Paralel.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, belə bir münaqişədə qalib tərəf olmayacaq.
Putin, həmçinin qeyd edib ki, nə o, nə də Makron hadisələrin bu cür inkişafını istəyir.