Mehriban Vəzir yazır...

Mehriban Vəzir yazır...
 
"Tərtər işi"ndə məhv edilmiş günahsız bir əskərə, od tutub yanan Validə xanımın oğluna bəraət verildiyini eşitdim.
Yadına 37-ci il qətliamı düşdü: günahsız insanları tutdular, dözülməz işkəncələr verdilər, işkəncə altında ölən öldü, sağ qalanları 15 dəqiqəlik məhkəmə qərarı ilə sürgün etdilər, güllələdilər, övladlarını ömürboyu təqib etdilər, gün vermədilər.
20 il sonra bəraət verdilər, demə adamın günahı yox imiş.
Həyasız rus-sovet rejimi o ailələrə təzminat belə vermədi. Üzr belə istəmədi, məhv etdiyi insanların övladlarını bir parça kağızla "mutlu" etdi. Onlar da o kağızla gerçəkdən mutlu oldular, çünkü "xalq düşməni" övladı olaraq ömür sürməyin müsibətini çəkmişdilər, o möhürlü kağıza dərin ehtiyacları vardı.
"Tərtər işi" həmin o rus təcrübəsinin fraqmentidir, həm də elə rus izidir. Sadəcə internet əsrinin sürətləndirdiyi, bəraət üçün 20 ilin gərəkmədiyi prosesdir, hətta eynidir: bohtan at, həbs et, işkəncə ver, qətl et... yüzlərlə cavanın, ananın, uşağın, ailələrin həyatını məhv et... sonra bəraət ver...
Çox acınacaqlı...
Bu iş bu qədərlə, yəni dünən günahsız insanlara cəza kəsmiş səbatsız qurumların bu gün verdiyi kağız parçası ilə yekunlaşa bilməz...
Canilər cavab verməlidirlər... həm qanun, həm xalq qarşısında...
Mehriban Vəzir
Paralel.az
 
0.024631023406982