Parlamentdə Saakaşvili ilə bağlı istintaq komissiyası yaradıla bilər

Parlamentdə Saakaşvili ilə bağlı istintaq komissiyası yaradıla bilər
 

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə qarşı mümkün zorakı, qeyri-insani və ləyaqəti alçaldan rəftara görə müvəqqəti təhqiqat komissiyasının yaradılmasına dair qərar layihəsi büro iclasında baxılıb.

Paralel.az xəbər verir ki, qətnamənin təşəbbüskarı “Vahid Milli Hərəkat” fraksiyasıdır. Müvəqqəti istintaq komissiyasının səlahiyyət müddəti 3 ay, komissiya üzvlərinin sayı isə 9 nəfərdir.

Qeyd edək ki, məsələ parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
Akif Nəsirli

0.016792774200439