Rövşən Kəbirli yazır...

Rövşən Kəbirli yazır...
 
 
Hamımız yığışıb Feyziyevin fatihəsin veririk. Etməyinə edək,etirazım yoxdu. Adam böyük bir qələt eləməyi azmış kimi, aybına kor olub susmaq yerinə daha iri qələtlərə müəlliflik etdi.
Mənə maraqlı olan odur ki, xaricdə magist təhsili alan övladıma 300-400 dollar xərclik göndərəndə bank az qala 45 il əvvəl dünyasını dəyişmiş atamın fəaliyyət sahəsini araşdırır, yalnız rəhbərlikdən icazə aldıqdan sonra köçürmə etdiyi halda Feyziyev yaxud feyziyevkimilər miyonları xarici banklara necə transfer edə bilib? Demək ki, kapitalın və ya sərvətin xaricə daşınması rəhbəlik səviyyəsində aparılan əməliyyatlardır. Gedirsən 100 dollar almağa şəxsiyyət vəsiqənin dönə-dönə surətin çıxarır, harda, nə işlə məşğul olduğun sorğulanır və.s. Görünəni odur ki, cavanşirləkimilər bu təftişdən kənardadır. Yəni bir sent belə rəhbərlikdən xəbərsiz Londona, Virciniyadakı ofşor banklara gedə bilməz. Nəticə çıxarın oturun yerinizdə.
Paralel.az
0.022964954376221