Tanınmış azərbaycanlı fəal məhkəməyə çağırıldı

Tanınmış azərbaycanlı fəal məhkəməyə çağırıldı
 

Paralel.az xəbər verir ki, Ərdəbilin Meşkinşəhr (Xiyav) məhkəməsi tanınmış azərbaycanlı fəal İbrahim Rəşidini (Savalan) məhkəməyə çağırıb.
O, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşıb.

Güneyli fəal yazıb ki, fevral ayının 4-də Meşkinşəhrdə (Xiyav) polis idarəsindən onunla əlaqə saxlayıb və Süngün mis mədəni barədə Kerman və Azərbaycan vilayətlərinin parlamentdəki deputatları arasında münaqişə ilə bağlı yazdığım yazıya görə izahat istəyiblər.

Azərbaycanlı fəal isə ayın 5-də idarəyə müraciət edib və sorğu-suala tutulub. O, bu barədə habelə yazıb:

“Polis İdarəsinə müraciət etdim. Barəmdə açılan işə baxan məsul şəxs həmin yazını yazmaqda məqsədimin nə olduğu haqda suallar soruşaraq dedi ki, tapşırıq verilib səni, dosyenlə birlikdə məhkəməyə təhvil verək.”

Azərbaycanlı fəal bildirib ki, Meşkinşəhrdə prokurorluğun ikinci şöbəsinə təhvil verildikdən sonra müstəntiq olmadığı üçün iclas təxirə salınıb:

“Çox güman ki, növbəti iclasda ittiham irəli sürüləcək. Ya bəraət veriləcək ya da məhkəməyə qədər zaminə buraxılmaq üçün həbsə salınacağam”.

Qeyd edək ki, İbrahim Rəşidi (Savalan) milli-mədəni fəaliyyətləri ilə bağlı dəfələrlə təzyiqlərlə qarşılaşıb.
Akif Nəsirli

0.019772052764893