"İnsanlığa qarşı cinayətdə" suçlananlar
Paralel.az xəbər verir ki, İranın 160 hökumət rəsmisi “insanlığa qarşı cinayətlərdə” günahlandırıldı.
İnsan haqları sahəsində fəaliyyət göstərən üç təşkilatın iştirakı ilə qurulan “Noyabr Beynəlxalq Xalq Məhkəməsi” İranda 2019-cu ilin noyabr etirazları ilə bağlı apardığı araşdırmaların hesabatını yayıb.
Raporda başda İranın dini rəhbəri Əli Xamenei olmaqla 160 hökumət və vilayət rəsmisi noyabr etirazlarında narazı kütləyə qarşı qırğın törətməkdə günahlandırılıb.
Akif Nəsirli