Yeniyetməni maşın vurdu

Yeniyetməni maşın vurdu
 

Paralel.az xəbər verir ki, yolu keçən yeniyetməni avtomobil vurub.

Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Zabrat qəsəbəsində yolu keçən 15 yaşlı Elnur Əliyevi avtomobil vurub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilib.

Ona sağ bud sümüyünün yerdəyişən sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Akif Nəsirli

0.012943029403687