"Həmişə belə getməyəcək!"

 



Şəmsəddin Əliyev yazır:
Rəvayət edirlər ki, küçə ilə gedən orta yaşlı bir kişi yolun kənarında əyləşən nurani ,müdrik bir qocanı görüb ona yaxınlaşır və iltifatla xitab edərək məsləhətinə ehtiyacı olduğunu bildirir.
-Qoca,məni görürsən.Yaşlı olsam da,sağlamam.Amma özümə bir iş tapa bilimirəm.

Qızım yüngül həyat tərzi keçirir.Oğlum fərsiz,həyat yoldaşım isə o qədər tənbəldir ki,heç evdarlığı da bacarmır.Məsləhət verin,həyatımı necə dəyişim?

Nurani qoca cavab verir ki,qapının üstündə
"Həmişə belə olmayacaq"cümləsi həkk olunan bir lövhəcik asın...

Bir müddət ötdükdən sonra ailə başçısı uğur gətirən bir işlə məşğul olur.Qızı ailə həyatı qurur.Evin xanımı isə ev işlərini qaydaya salır.

Bir gün,öz şəxsi avtomobili ilə həmin küçə ilə keçərkən nurani qocanın əvvəlki yerdə oturduğunu görəndə maşını saxlayıb ona yaxınlaşır:
-Dayı can,hələ də burdasan?
Mənim işlərim artıq sahmana düşüb.
Bu dəfə mənə hansı məsləhəti verə bilərsən? Həyat belə də davam edəcəkmi?

Qoca ona baxıb köks ötürür və əli ilə "Yaxın gəl"işarəsini verərək qulağına pıçıldayır:
-Nəbadə lövhəni götürəsən-
"Həmişə belə getməyəcək" lövhəsini deyirəm...

 Hz.Süleyman peyğəmbərin müdrik kəlamına uyğun-"Bu da ötüb keçəcək!"-deyə düşünün!
Axı,hər qaranlığın aydın bir səhəri də var!
Həyatda sevgi ilə, sıxıntılar iç-içə olmasa yaşamağa və
biləndə ki,verən də,alan da ODUR,üzülməyə dəyərmi?
Paralel.az

0.023131132125854