Erməni hakim həbs edilib
Paralel.az xəbər verir ki, Ermənistanda hakim Boris Baxşiyan siyasi və peşəkar fəaliyyəti ilə bağlı həbs edilib: “Yerevan məhkəməsi könüllü dəstənin müxalif fikirli komandirini həbsdən azad etmiş Sünik vilayətinin ümumi yurisdiksiyasının hakimi Boris Baxşiyanı həbs edib. Bu barədə bazar ertəsi onun vəkili Yerem Sarkisyan məlumat verib: “Baxşiyanın həbsi ilə bağlı qərar qəbul edilib. Hakim Arqamanyan tapşırığı pioner kimi yerinə yetirdi. Bir qrup məmur ədalətə qarşı zorakılıq edib, demokratiya uçuruma doğru sürüşür. Hakimiyyətin xoşuna gəlməyə can atmayan, öz qərarını verən hakimlər başqalarına xəbərdarlıq olaraq həbs edilir”.
Baxşiyan bundan əvvəl Baş Prokurorluğun vəsatəti əsasında respublikanın Ali Məhkəmə-Hüquq Şurasının sanksiyası ilə toxunulmazlıqdan məhrum edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 348-ci maddəsinin 3-cü hissəsi (ağır nəticələrə səbəb olan qanunsuz həbs) ilə iş başlanıb. Mövcud qanunvericiliyə görə, hakimlərə qarşı cinayət işlərinin təfərrüatları açıqlanmır”.
Nigar