Həmkəndlisini bıçaqlayan şəxs tutulub

Həmkəndlisini bıçaqlayan şəxs tutulub
 

Ağcabədi rayonunda həmkəndlisini bıçaqlayan şəxs tutulub.

"Paralel.az"- ın xəbərinə görə, hadisə fevralın 4-də rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əfqan Hüseynov həmkəndlisi Orxan Əliyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, O.Əliyevə bir neçə bıçaq zərbəsi endirib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra Ə.Hüseynov saxlanılaraq istintaqa təqdim edilib.

Paralel.az

0.014997005462646